Yuxarı

İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:28

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon (iki milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” 2015-ci il 21 dekabr tarixli 712 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanlarında və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370, № 5, maddə 757, № 7, maddə 1377, № 10, maddə 1804, № 12 (I kitab), maddə 2293; 2018, № 6, maddələr 1231, 1239, № 7 (I kitab), maddə 1489, № 12, maddə 2552; 2019, № 1, maddə 95) 2.1-1-ci və 2.1-2-ci bəndlərində “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480; 2019, № 3, maddə 431; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 708 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 10.5-ci bəndində “onun ləğv edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək və ya onu qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv etmək” sözləri “qanunla müəyyən edilmiş hallarda şəhadətnaməni ləğv etmək” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1466) 2-ci hissəsində “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, № 11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2596, 2603; 2019, № 1, maddə 95) 2.3.2-ci yarımbəndində hər iki halda “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2671) ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.3.3-cü yarımbəndində “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz edilsin”.

***

Prezidenti İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 iyun tarixli 721 nömrəli Fərmanı) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Müəyyən edilsin ki:

3.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

3.2. həmin Qanunun 27-ci maddəsində (birinci halda), 32-ci maddəsinin on birinci (birinci halda), 39-cu və 43-cü maddələrinin ikinci, 74-cü maddəsinin beşinci, 76-cı maddəsinin doqquzuncu və 93-cü maddəsinin ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Qanunun 4-cü maddəsinin birinci, ikinci və beşinci, 5-ci maddəsinin birinci və üçüncü, 6-cı maddəsinin ikinci və üçüncü, 7-ci maddəsinin birinci, ikinci və dördüncü, 7-1-ci maddəsinin birinci, ikinci və dördüncü, 10-cu maddəsinin üçüncü, altıncı və yeddinci, 14-cü maddəsinin birinci, ikinci və yeddinci, 16-cı maddəsinin birinci, ikinci və üçüncü, 17-ci maddəsinin ikinci, 20-ci maddəsinin birinci, ikinci, üçüncü və dördüncü, 21-ci maddəsinin birinci, ikinci (dövlət notariat arxivinin işinin təşkilinə və səlahiyyətinə dair Əsasnamənin təsdiq edilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə razılaşdırılmaqla), üçüncü və altıncı, 22-ci maddəsinin ikinci, 24-cü maddəsinin birinci, ikinci (hər iki halda), dördüncü (birinci halda), beşinci və altıncı (hər iki halda) hissələrində, 25-ci maddəsinin birinci, ikinci, dördüncü, altıncı və yeddinci hissələrində, 25-1-ci maddəsinin birinci hissəsində, üçüncü hissəsinin birinci və ikinci cümlələrində, doqquzuncu hissəsində, 26-1-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü cümlələrində, üçüncü və beşinci hissələrində, 26-2-ci maddəsinin yeddinci və 68-ci maddəsinin dördüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.4. həmin Qanunun 3-cü maddəsinin səkkizinci (hər iki halda), 4-cü maddəsinin altıncı, 10-1-ci və 12-ci maddələrinin birinci, 14-cü maddəsinin altıncı, 25-ci maddəsinin on birinci və on ikinci hissələrində, 26-2-ci maddəsinin dördüncü hissəsində, altıncı hissəsinin 1-ci və 4-cü bəndlərində, doqquzuncu və onuncu hissələrində, 29-cu maddəsinin beşinci hissəsində (birinci halda), 32-ci maddəsinin doqquzuncu hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda), onuncu, on birinci (ikinci halda) hissələrində, 33-cü maddəsinin beşinci, 74-cü maddəsinin yeddinci hissələrində, 76-cı maddəsinin altıncı hissəsində və 79-cu maddəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.5. həmin Qanunun 15-ci maddəsində, 18-ci maddəsinin adında və birinci hissəsində, 28-ci maddəsinin ikinci, 45-ci maddəsinin birinci və ikinci, 64-cü maddəsinin birinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 33-cü maddəsinin birinci və ikinci, 35-ci maddəsinin beşinci, 41-ci maddəsinin birinci, 44-cü maddəsinin birinci və ikinci (hər iki halda), 48-ci maddəsinin birinci və üçüncü (hər iki halda) hissələrində, 50-ci maddəsində (hər iki halda), 64-cü maddəsinin ikinci hissəsində, 65-ci maddəsində, 67-ci maddəsinin birinci və üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər;

3.6. həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi həyata keçirirlər;

3.7. həmin Qanunun 24-cü maddəsinin dördüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli qurumları həyata keçirirlər;

3.8. həmin Qanunun 27-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirirlər;

3.9. həmin Qanunun 29-cu maddəsinin beşinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;

3.10. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış” dedikdə avtonəqliyyat vasitəsinin axtarışda olub-olmadığı barədə və həmin avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulub-qoyulmadığı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən arayış nəzərdə tutulur;

3.11. həmin Qanunun 32-ci maddəsinin yeddinci hissəsində və 58-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

3.12. həmin Qanunun 58-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti orqanı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər;

3.13. həmin Qanunun 90-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları həyata keçirirlər;

3.14. həmin Qanunun 32-ci maddəsinin doqquzuncu hissəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

3.15. həmin Qanunun 4-cü maddəsinin dördüncü hissəsində və 14-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası başa düşülür”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1609-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1609-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1609-VQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.

4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 aprel tarixli 602 nömrəli, 15 aprel tarixli 630 nömrəli, 3 may tarixli 673 nömrəli, 16 may tarixli 694 nömrəli və 17 may tarixli 700 nömrəli fərmanları) 4.10-cu bəndində “88.1.2-ci maddəsində” sözləri “88.1.2-ci, 295.6-cı və 295.7-ci maddələrində” sözləri ilə əvəz edilsin.

Tarix
2019.06.25 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla