Axar.az
Yuxarı

AŞPA-da Dilqəm və Şahbaz müzakirəsi: Bəyanat verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib.

Azərtac xəbər verir ki, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində yayılıb.

Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.

Bəyanatda deyilir: “2019-cu il iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bu günə qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyuruq. Bildiririk ki, 2015-ci ildə onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib. Cari il iyunun 25-də AŞPA-da bu qurumdakı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatları üçün təhlükəli və ümidsiz vəziyyətdədirlər və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir. Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞPA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etməyə çağırırıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik”.

Tarix
2019.06.28 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Bakıda tapança satmaq istəyən şəxs saxlanıldı

Peyvənd olunanların son sayı

Şuşada 20 Yanvar şəhidləri yad edildi - Video

Azadlıq və müstəqillik savaşına yol açan ümummilli faciə

Azərbaycanda bu yollar buz bağlayıb - AAYDA

Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət etdi

Dəmir yolundan oğurluq edən ata və oğul saxlanıldı

Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi

Ağdama ilin ilk qarı yağdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla