Yuxarı

Polis etimadı layiqincə doğruldacaq – Vilayət Eyvazov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:16

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir.

Axar.az xəbər verir ki, bu münasibətlə təntənəli tədbir öncəsi Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.

Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş və xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Müasirləşmə tendensiyasının Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə etdiyini vurğulayan general-polkovnik Vilayət Eyvazov ötən 16 ilə yaxın müddətdə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatın yüksək səviyyəyə çatdırıldığını, onlarla elektron xidmət, veb-sayt, qaynar xətt və digər informasiya resurslarının yaradıldığını, polisin "ASAN xidmət" mərkəzlərində fəaliyyətinin təşkil olunduğunu deyib. Qeyd edilib ki, vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.

Nazir V.Eyvazov ölkə başçısının rəhbərliyi ilə təkcə cari ildə sosial islahatların reallaşdırılması nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqı pul təminatının artırıldığını, bu peşə bayramı ərəfəsində isə 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, rəhbər vəzifəli bir şəxsə ali xüsusi rütbə verildiyini xatırladaraq, bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlət başçısının və Birinci vitse-prezidentin yüksək qiymətləndirdiyini, şəxsi heyətə öz təşəkkürlərini ifadə etmələrini məmnunluq hissi ilə vurğulayıb.

Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Vilayət Eyvazov əmin edib ki, ulu öndər Heydər Əliyev ideallarına həmişə sadiq olan şəxsi heyət andına sadiq qalaraq Vətənə və xalqa xidmət kimi şərəfli yolda bundan sonra da qətiyyətlə irəliləyəcək, sabitliyi, vətəndaşlarımızın təhlükəsizliyini, qanuni mənafelərini, hüquq və azadlıqlarını bundan sonra da etibarlı qoruyacaq, Prezidentin inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq.

Çıxışının sonunda nazir Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü münasibətilə bir daha bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.

Sonra xidməti vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşın mükafatlandırılmasına dair Daxili İşlər nazirinin əmri elan olunub. General-polkovnik Vilayət Eyvazov mükafatları təqdim edib.

Təntənəli mərasimin sonunda Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış "Azərbaycan Polisi - 101" sənədli filmi nümayiş olunub.

Tarix
2019.07.02 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh

MDB ölkələri adi silahlara nəzarəti müzakirə etdilər

Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb

ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir

Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri...

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla