Yuxarı

Jurnalistlər pulsuz müayinədən keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Apifioterapiya Mərkəzinin rəhbəri Elnur Eldaroğlu verib.

O qeyd edib ki, indiki zamanda xəstəliklər gəncləşdiyi kimi, artmaqda da davam edir: “Belə hallarda kəskin xəstəliklər xronikiləşir və xroniki proseslərin müalicəsi uzun zaman aldığına görə xəstəlik sona qədər müalicə olunmaya bilir. Xroniki xəstəliklərin müalicəsində bütün dünayada təbii üsullara üz tutulur (apiterapiya, fitoterapiya, fizioterapiya, akupunktur, hirudoterapiya, küpə terapiya, metabolik korreksiya və s.) və bu prosedurlarla həmçinin profilaktik tədbirlər həyata keçirilir ki, əsas məqsəd xəstələnməməkdir”.

O bildirib ki, təbii üsullar mərkəzi olan Apifioterapiya Mərkəzi silsilə şəklində insanların sağlamlığının keşiyində durur: “Mən fitoterapevtəm. Və 22 iyul Milli Mətbuat günü münasibətilə bütün KİV-lərə ödənişsiz ilkin terapevtik müayinəyə hazıram”.

E.Eldaroğlu bu aksiyada hansı xəstəliklərdən əziyyət çəkənlərin yararlana biləcəyi məsələsinə də aydınlıq gətirib:

“Qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası,), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xoras, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər”.

Qeyd edək ki, aksiya iyulun 24-26-da baş tutacaq.

Tarix
2019.07.18 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla