Yuxarı

Elçibəy satqınlardan ölkəni xilas etmək üçün... - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib məsuliyyətə cəlb edə bilmədi.

Axar.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri sözlərinə görə, Leyla Yunus həmin dövrdə Müdafiə Nazirliyinə işə də agent kimi göndərilmişdi və qəbul olunmuşdu:

"Yoxsa adamdan soruşarlar ki, sən tarixçi və Akademiyanın elmi işçisi, bir gün də nə jurnalist, nə də analitik fəaliyyətlə məşğul olmamış adam, sən hara, Müdafiə Nazirliyinin mətbuat və analitik mərkəzi hara?"

Qüdrət Həsənquliyev Leyla Yunusun AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olduğunu vurğulayıb:

"Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız, onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, özünə "elçibəyçi" deyib Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə, o cümlədən "müdrikcəsinə susan" Milli Şura rəhbərləri də... Bu tipli adamlar müttəfiqlərini özləri seçmir. Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə isə Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları onu qorxudan satmışdı. Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəkakətdən və məhv olmadan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən onu Bakıya dəvət etdi və Leyla kimi casusların arzularını gözündə qoydu”.

Tarix
2019.07.21 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla