Yuxarı

Qarayara nədən yoluxur? – Nazirlik açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarayara nədən yoluxur? – Nazirlik açıqladı

Son zamanlar hər il ərzində 5-6 baş heyvanda qarayara xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, qarayaradan şübhələnmək lazımdır:

"Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin qarayara xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".

R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur:

"Zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. Qara yara xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da bu xəstəliyə yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda qarayaraya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona bu virusu iynə ilə vursan da, qarayaraya yoluxmur".

Tarix
2019.08.02 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya arasında kritik görüş

Köçəryan Azərbaycanla bağlı "vəd" verdi

İqor Babuşkin Mehriban Əliyevaya məktub göndərdi

Nizami Gəncəvi Mərkəzinin üzvlərindən məktub

20 yaşlı gənc bu gün ADU-ya rektorluq etdi - Foto

Bu ölkə prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Afrika Günü ilə bağlı konfrans keçirildi

Rubionun İrəvan səfərində gizli missiyası: ABŞ-ın planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla