Yuxarı

Nazir yeni direktor təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir yeni direktor təyin etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus AzİnTelecom MMC-nin Maliyyə departamentinə yeni direktor təyin edilib.

Report xəbər verir ki, bu vəzifə Turan Cəfərovaya həvalə olunub.

O, bundan əvvəl nazirliyin ləğv edilmiş şirkəti - “Yüksək Texnologiyalar Parkı” MMC-nin (TYP) Maliyyə departamentinin direktoru olub və yeni vəzifəsində Fuad Əhmədovu əvəz edib. Xatırladaq ki, F.Əhmədov ötən ilin dekabr ayında işdən çıxıb və onun vəzifəsini müvəqqəti olaraq şirkətin baş mühasibi Aytən Şirəliyeva icra edib.

"AzİnTelecom” 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8,146 milyon manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzİnTelecom” ötən ilin mart ayında “Azərsell Telecom”un səhmlərinin 51,3%-ni əldə edib.

Tarix
2019.08.14 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla