Yuxarı

Bakıda təhsil işçilərinin respublika konfransı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda təhsil işçilərinin respublika konfransı başladı

Bakıda təhsil işçilərinin respublika konfransı başlayıb.

Report xəbər verir ki, Bilgəh Beach oteldə keçirilən tədbirdə Təhsil naziri Ceyhun Bayramov, deputatlar, ali məktəblərin rektorları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edir.

Respublika konfransının iştirakçıları tədbirdən əvvəl Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Tarix
2019.09.11 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla