Yuxarı

Dövlət onlara yüksək qayğı göstərir - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət onlara yüksək qayğı göstərir - Millət vəkili

Millət vəkili Qənirə Paşayeva “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyi və Fiziki məhdudiyyətlilər üçün Yapon Sənətləri və İdmanları Klubunun təşkil etdiyi “Aykido Əngəl Tanımır” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil edilən tədbirdə çıxış edən millət vəkili fiziki imkanları məhdud insanların öyrənməyə həvəsli və istedadlı olduqlarını, qısa zamanda nə qədər çox şeylər öyrənə bildiklərini söyləyib.

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlər barədə danışan Q.Paşayeva fiziki imkanları məhdud şəxslərə yüksək səviyyədə dövlət qayğısının göstərildiyini deyib. Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman fiziki imkanları məhdud şəxslərə qayğı ilə yanaşdığını deyən millət vəkili onların cəmiyyətin müxtəlif sahələrində fəallığının artırılması məqsədilə çoxsaylı layihələrin həyata keçirilməsinin təqdirəlayiq olduğunu deyib.

Millət vəkili dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində əlilliyi olan şəxslərin fəal şəkildə idmanla məşğul olduqlarını, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə bildiklərini deyib.

Q.Paşayeva Boccia idman növü ilə yanaşı, Aykido döyüş növü ilə məşğul olan fiziki imkanları məhdud insanlarımızdan ibarət bir komandanın yaradılacağına və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklərinə inandığını deyib, onlara gələcək yarışlarda da daha böyük uğurlar arzulayıb.

Millət vəkili fiziki imkanları məhdud gənclərimizə Aykidonun sirlərini öyrədən Türkiyə Fiziki məhdudiyyətlilər üçün Yapon Sənətləri və İdmanları Klubunun rəhbəri Engin Enginə və köməkçisi Ərcan Aydəmirə təşəkkürünü bildirib və növbəti səfərlərində də hər zaman lazımi dəstək göstərməyə hazır olduğunu deyib.

Sonda təlim iştirakçıları Aykido yapon idman növündən fəndlər nümayiş etdiriblər. Təlim iştirakçılarına Türkiyənin Fiziki məhdudiyyətlilər üçün Yapon Sənətləri və İdmanları Klubu dərnəyi və “Əngəlsiz düşüncə” Sosial İnkişafa Yardım İB tərəfindən sertifikatlar təqdim edilib.

Millət vəkili təlim iştirakçılarının hər birinə hədiyyələr təqdim edib.

Tarix
2019.09.12 / 18:57
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla