Yuxarı

Vilayət Eyvazov gənc zabitlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Eyvazov gənc zabitlərlə görüşdü - Foto

Bu gün Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirmiş, Nəqliyyatda Baş Polis İdarəsində, Sumqayıt Şəhər və Abşeron Rayon Polis idarələrində sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların həmin orqanlarda vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

Belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımların atıldığını deyən nazir hazırki tədbirin də göstərilən sahədə həyata keçirirlən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirənlərin artıq 47-nin təyinatının həyata keçirildiyini xatırladıb, eyni məqsədlə növbəti dəfə Nazirliyə 10 məzunun dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib.

Daha sonra iddiaçılar orta rəis heyətinə aid vakant olan vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı" xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran general-polkovnik Vilayət Eyvazov gənc əməkdaşları təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə bələd olmalarını və həmişə vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.

Tarix
2019.09.19 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla