Yuxarı

Novruzov çağırış etdi: Bu işlərin arxasında...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzov çağırış etdi: Bu işlərin arxasında...

Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edirlər. Orada ara qarışdırmağa cəhd edilir. Bu işlərin arxasında bəzi dövlətlər dayanır. Bu insanların maliyyəçiləri sırasında erməni lobbisi xüsusi yer alır.

Report-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər:

"Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri aktiv olmalıdırlar. Deyək ki, hansısa paylaşıma şərh yazmırsa belə, məsələn, Heydər Əliyev Mərkəzinin şəklini çəkib paylaşmaqla fayda verə bilər. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Azərbaycan və Qazaxıstan istisna olmaqla, post-sovet ölkələrində vəziyyət dəyişməz qalır. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır".

S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatlarının sədrləri insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər:

"Düzgün istiqamət vermək, yalan məlumat yayanlarla söhbət aparılmalıdır. Bəzi hallarda YAP üzvlərinin çaşdırılması prosesi həyata keçirilir, onları yoldan çıxarmağa cəhd göstərirlər, yalan fikirlər ortaya atırlar. Bunun qarşısı alınmalıdır".

Tarix
2019.09.25 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla