Yuxarı

FHN depoda təlim keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında təlim-məşq keçirib.

FHN-dən Axar.az-a bildiriblər ki, təlim-məşqə Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları ilə yanaşı, metropolitenin işçiləri də cəlb olunublar. Vaqon parkında 18-ci yolda dayanan qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin məqsədi olub.

Tədbirdə şərti yanğın baş verən zaman vaqon parkının növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə yanğının baş verməsi barədə məlumat verilib və metropoliten işçiləri tərəfindən yanğının söndürülməsinə başlanılıb. Sonra FHN-in “112 - qaynar xətti”nə yanğın barədə məlumat verilib. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobili və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş əraziyə gələrək yanğını söndürüb.

Təlim-məşq başa çatdıqdan sonra yanğınsöndürənlər tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Tarix
2019.10.03 / 20:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla