Yuxarı

Zəlzələ bölgəsində 327 evin tikintisi başa çatdı - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəlzələ bölgəsində 327 evin tikintisi başa çatdı - Nazir

Bu il sentyabrın 30-dək zəlzələ bölgəsində qəzalı evlərin əvəzinə 327 fərdi evin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. 206 fərdi evin tikintisi davam edir və bu ilin noyabr ayında başa çatacaq.

Axar.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantıda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10 min 608 fərdi yaşayış evi müayinə olunub ki, bu da ümumi təsərrüfatların 17 faizinə bərabərdir. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı olduğu, 1988-nin bərpaya, 4826-nın təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu müəyyən edilib. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb.

Bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə yaxın mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70 faizə qədəri yerli əhalidən ibarətdir.

Tarix
2019.10.10 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla