Ana səhifə Toplum |
17:34
Bu dəqiqələrdə paytaxtın 20 Yanvar dairəsində şəxsiyyəti məlum olmayan sürücü özünü yandırıb.
Axar.az əməkdaşı xəbər verir ki, sürücü nəqliyyat müfəttişləri ilə münaqişə zəminində əsəbiləşib və üstünə benzin tökərək özünü yandırıb.
Özünü yandıran şəxsin Bakı-Sumqayıt marşrutunda çalışdığı deyilir.
Ətrafdakı insanlar alovu söndürərək sürücünü xəstəxanaya aparıblar. Şahidlər yaralının vəziyyətinin ağır olduğunu deyib.
Hadisə nəticəsində 20 Yanvar dairəsinə çoxsaylı insan toplaşıb və bu da böyük tıxacın yaranmasına səbəb olub.
5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsindən Axara.az-a bildirilib ki, onlara hadisə ilə bağlı müraciət olunmayıb.
19:32
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat
İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov
Publika.az-a açıqlamasında baş verən hadisəyə aydınlıq
gətirib.
Onun sözlərinə görə, həmin şəxs Sumqayıt-Bakı istiqamətində
qeyri-qanuni sərnişin daşımaqla məşğul olub. Nazirliyin
müfəttişləri ilə mübahisə də məhz bu səbəblə baş verib:
"Ərzuman adlı ortayaşlı həmin şəxs nasaz "Ford" markalı maşınla
qanunsuz sərnişin daşımaqla məşğul olub. Bu şəxs həm də dil
qüsurludur. Müfəttişlər tərəfindən saxlanılıb, izahat işləri
aparılarkən, o, maşından sənədlərini gətirmək üçün müfəttişlərin
yanından ayrılıb. Geri dönəndə isə əlindəki benzini həm özünün, həm
də müfəttişin üzərinə töküb. Onun bu işi əvvəldən planlaşdırdığını
göstərir. Daha sonra kibriti yandırıb. Həm özü, həm də müfəttiş
xəsarət alıb. Ərazidəki polis əməkdaşları və sakinlər yanğının
söndürülməsinə kömək ediblər. Hər ikisi təcili yardım tərəfindən
xəstəxanaya yerləşdirilib".
Tarix
2015.01.28 / 19:32
|
Müəllif
Şəmsəddin Ənsar
|