Yuxarı

Rövnəq Abdullayev Neft Daşlarında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olublar.

SOCAR-dan Axar.az-a bildirilib ki, şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidən qurulmuş helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak edib, açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad edib, ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci ilin noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzüb, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçirib.

SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənib, müzakirələr aparıb. Rövnəq Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibətilə idarənin əməkçilərini təbrik edib, ölkə başçısının apardığı islahat kursu çərçivəsində şirkətin üzərinə düşən vəzifələrdən söz açıb, Neft Daşlarının strateji əhəmiyyətindən danışıb.

Rövnəq Abdullayev deyib: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanıb. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə edib, özümə etibarlı dostlar qazandım”.

Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR-ın prezidenti sözlərini belə bitirib: “Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunub. Bu uğur sizin uğurunuzdur!”

Səfər çərçivəsində SOCAR-ın prezidenti və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar ediblər.

Səfərin sonunda SOCAR rəhbərliyi Çilov adasına baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Noyabrın 6-da Neft Daşlarında yatağının istismar edilməsinin 70 illiyi münasibətilə neftçi kollektivi üçün konsert təşkil olunub.

Tarix
2019.11.06 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla