Yuxarı

Daha bir deputat mandatdan məhrum edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir deputat mandatdan məhrum edilir

Millət vəkili Elşad Həsənov deputat səlahiyyətlərinə xitam verilməsi üçün Milli Məclisə müraciət edəcək.

Axar.az xəbər verir ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən E.Həsənov qanunvericiliyə uyğun olaraq, deputat mandatından imtina etməlidir. Onun müraciəti təsdiqləndikdən sonra Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Qeyd edək ki, Elşad Həsənovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə Milli Məclis deputatlarının sayı 117-yə düşmüş olacaq.

Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan 14 saylı Xəzər seçki dairəsində deputat yeri boşdur.

Deputat Astan Şahverdiyevin 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat etməsi nəticəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat yeri boşalıb.

2018-ci il aprelində Prezident İlham Əliyevin sərəncamları ilə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev isə Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Bu il sentyabrın 30-da isə adı borc qalmaqalında hallanan və borca görə deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.

Tarix
2019.11.13 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla