Yuxarı

Bu addım atılarsa, Azərbaycana axın artacaq - Zenqstşmid

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin turizm imkanlarından danışarkən bildirib.

O deyib ki, bir sıra turizm istiqamətləri üzrə artım daha yüksəkdir. Misal üçün UEFA Avropa Liqasının oyunları ilə bağlı ölkəyə gələnlərin sayı kəskin artsa da, bu, statistikada nəzərə alınmayıb. Bu, onu göstərir ki, Azərbaycanla bağlı həyata keçirdiyimiz “Yeni baxış” kampaniyası düzgün addım idi və turizm sahəsində Azərbaycanın böyük potensialı var. Buraya Azərbaycanın macəra həvəskarları üçün təklif edə biləcəyi səyahət proqramları, eləcə də çaxır turizmi, alman və ya yəhudi irsi daxildir. Bu imkanlar xarici qonaqlara tanıdılmalıdır.

Mütəxəssis qeyd edib ki, Azərbaycan beynəlxalq turizm kataloqlarında nə qədər çox təqdim olunarsa, ölkə bir o qədər çox tanınacaq. Bu da öz növbəsində ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək.

Tarix
2019.11.13 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla