Yuxarı

Millət vəkilindən şəhid ailələri ilə bağlı mühüm - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Tovuz rayonunda şəhid və müharibə əlilləri ailələrinə tikilən evlərin sayının artırılmasını xahiş edib.

Axar.az xəbər verir ki, Q.Paşayeva Tovuzda 91 şəhid ailəsinin, 177 Qarabağ müharibəsi əlilinin uzun illərdir növbə gözlədiyini deyib və bu insanların qısa zamanda evlə təmin olunması üçün rayonda 2020-ci ildə tikiləcək evlərin sayının artırılmasına ciddi ehtiyac olduğunu bildirib.

DOST mərkəzlərinin yaradılmasının əhalinin üzləşdiyi bir sıra bürokratik əngəllərin, süni maneələrin aradan qaldırılması üçün çox yüksək səviyyəli, uğurlu bir lahiyə olduğunu deyən Q.Paşayeva bu mərkəzlərin 2020-ci il ərzində bölgələrdə də artmasının vacibliyinə diqqət çəkib. Millət vəkili seçildiyi bölgədə də DOST mərkəzlərinin yaradılmasının önəminə toxunub və bu məsələyə baxılmasını xahiş edib.

Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin daun sindromlu uşaqlara dəstək mərkəzlərinin sayının daha da artırılacağı ilə bağlı fikirlərini çox müsbət qiymətləndirərək bölgələrdə, özəlliklə kənd rayonu bölgələrində də bu mərkəzlərin açılmasının vacibliyini vurğulayıb.

Millət vəkili 18 yaşına çatmayan fiziki imkanları məhdud uşaqların analarının müraciətlərini nəzərə çatdıraraq, onlara ayrılan müavinətlərin artırılması məsələsinə də baxılmasını xahiş edib.

Deputat həmçinin müvafiq qurumlardan ali məktəblərə ödənişli əsaslarla qəbul olunan III qrup əlilliyi olan gənclərin də ödənişli təhsildən azad edilməsinə baxılmasını istəyib. Millət vəkili bildirib ki, bu, əlilliyi olan gənclərimizin ali təhsilə daha cəlb edilməsi istiqamətində çox önəmli rol oynaya bilər.

Q.Paşayeva eyni zamanda fiziki imkanları məhdud insanların ,əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı məsələyə də baxılmasını təklif edib. Q. Paşayeva dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır.

Millət vəkili eyni zamanda ailələrdə məişət zorakılığı halları baş verdiyini və belə halların sayının daha da artdığını deyib. O, zorakılığın qurbanı olan ana və uşaqların dəstək ala biləcəyi sığınacaq mərkəzlərinin artmasının vacibliyinə diqqət çəkib.

Tarix
2019.11.14 / 14:27
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Qazaxıstan XİN Azərbaycana başsağlığı verdi

Qarabağda Azərbaycan bayrağı dalğalanır - Zaxarova

Təyyarə hava məkanımıza bu saatda daxil olub - Nazir müavini

Qəzada ölən Azərbaycan vətəndaşlarının sayı

Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır?

Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına reaksiya

Buna görə Azərbaycana etiraz etməyəcəyik - Bozumbayev

Ölənlərin nəşi və yaralılar nə vaxt ölkəyə gətiriləcək?

Baş Prokurorluq qəzada zərərçəkmişlərlə bağlı məlumat yaydı

Rumen Radev təyyarə qəzasından yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla