Yuxarı

Mühafizəçilər Qaxda da etiraza qalxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühafizəçilər Qaxda da etiraza qalxdı - Video

Mühafizə şirkətinin aldatdığı daha 150 nəfər aksiya keçirib.

Axar.az-ın yaydığı xəbərdən sonra ölkənin müxtəlif bölgələrində "Azərmühafizə" MMC rəhbərliyinin aldatdığı mühafizəçilər etirazlara başlayıb.

Qaxa qədər Şabran, Tərtər, Quba, Qazax, Salyan və başqa regionlarda pulları mənimsənilən işçilər ayağa qalxıb. Onlar depozit kimi qoyduğu pullarını və əmək haqlarını tələb edir. Şirkət rəhbəri Vüqar Hüseynov həbs edilsə də, mühafizəçilərin pulu hələ ödənilməyib.

ANS TV isə Qaxda aksiyaçıların etirazını işıqlandırıb.

Qurumun ofisinin qarşısına toplaşan sakinlər bildiriblər ki, 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayan şirkət işlə təmin etmək adı ilə sakinləri adladaraq onların böyük məbləğdə pullarını mənimsəyiblər.

"Mən işə girmək üçün 2 min manat pul vermişəm. 500 manat sığorta haqqı, 1500 manat da depozit. Bundan əlavə 200 manat da təhsil haqqı ödəmişəm. Elə insanlar var ki, onardan 750-1000 manat məbləğındə sığorta haqqı alıblar", - deyə şikayətçi Mübariz Əliyev bildirib.

Aldadılanlar arasında hətta zərif cinsin nümayəndələri də olub. "Azərmühafizə"nin yerli idarəsində qadınlara ofis işlərinin veriləcəyini əmin edərək onların da minlərlə manat vəsaiti mənimsənilib.

Aksiya iştirakçıları rayon polis şöbəsinin qarşısına toplaşıb. Onları qəbul edən polis şöbəsinin rəisi isə bununla bağlı cinayət işi açıldığını və araşdırma aparıldığını bildirib.

Tarix
2015.02.01 / 00:59
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla