Yuxarı

Pərviz Şahbazov ABŞ-a getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pərviz Şahbazov ABŞ-a getdi

Energetika naziri Pərviz Şahbazov noyabrın 21-də Vaşinqton şəhərində keçiriləcək “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib.

Energetika Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center) təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri, enerji şirkətləri və biznes dairələrinin iştirakı gözlənilir.

P. Şahbazovla yanaşı, ABŞ-ın enerji nazirinin muavini Mark Menezes, ABŞ-ın enerji resursları üzrə dövlət katibinin muavini Fransis Fannon və digər yüksək səviyəli nümayəndələrin çıxışları nəzərdə tutulub.

Yubiley mərasimində “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi yüksəlişindəki və Xəzər regionunun dünyanın digər regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsindəki rolu, bugünədək bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi, ötən müddət ərzində əldə olunan təcrübələr, gələcəkdə regionun neft və qaz sektorundakı perspektivləri və imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində Energetika naziri Pərviz Şahbazovun bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Tarix
2019.11.20 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla