Yuxarı

"MTN işi"ndə həbs edilən rəis müavini azadlığa çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanov azadlığa buraxılıb.

Report-un xəbərinə görə, Orxan Osmanova verilən cəza müddəti başa çatdığı üçün, o, saxlandığı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisinin müavini olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O da cəza müddəti başa çatdıqdan azadlığa çıxıb.

Akif Çovdarov və digərləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

Tarix
2019.11.21 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla