Yuxarı

Bakı-Gəncə qatarının sürəti artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Gəncə qatarının sürəti artırılır

Noyabrın 24-dən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, qatarın Bakıdan və Gəncədən yola düşmə vaxtı olduğu kimi saxlanılacaq, bununla belə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə endiriləcək. Yəni sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq. Bunun üçün qatarın sürəti 135 km/saata qaldırılacaq. Sürət artımına nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğularının ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

"Sürət həddinin artması ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir", - deyə məlumatda qeyd olunub.

Tarix
2019.11.22 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2 saatdan çox ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla