Yuxarı

Sığorta şirkəti “Asan imza”ya qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sığorta şirkəti “Asan imza”ya qoşuldu

Artıq sığorta şirkətləri də "Asan imza" mobil elektron imza xidmətinə qoşulur.

Axar.az xəbər verir ki, ilk belə addımı "PAŞA Həyat Sığorta" atıb və "Asan imza"nın tətbiqinə başlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətinin yaydığı məlumata görə, mövcud müvafiq e-xidmətlə yanaşı, fiziki və korporativ müştərilər yeni mobil elektron imza xidmətindən istifadə etməklə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə rahat və təhlükəsiz şəkildə yeni sığorta şəhadətnamələri əldə edə, həmçinin mövcud müqavilələrin yenilənməsinə dair əməliyyatlar apara bilərlər.

Qeyd edək ki, "Asan imza" mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. "Asan imza" texnologiyasının əsas cəhəti smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır.

Tarix
2015.02.05 / 00:20
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla