Yuxarı

İşgəncə verilən uşaqların babası: TV-yə getdik, pul istədilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elgün Gəncimsoy Bakıda bir ailədə yaşanan dəhşətli olayları açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan E.Gəncimsoy hadisədə zərər çəkən azyaşlıların fikirlərini də paylaşıb:

Şişi qızıdırıb, boynuma vurdu

“Atamla analığım Nuranə yemək yeyəndə qaqamla məni üzü divara tək ayaq üstə saxlayırlar. Bir dəfə onlar kabab yeyirdilər. Qardaşım Hüseyn dedi ki, mən də kabab istəyirəm. Nuranə şişi qızdırıb, qaqamın belinə və boynuna vurdu”, - azyaşlı Qulu danışır.

Uşaqların birinin adı Quludur, digərininsə Hüseyn. Onlar körpə ikən anaları vəfat edib. Himayəsində qaldıqları ataları Ağcabədi rayon sakini Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurub. Bu evlilik Nuranənin həyatında üçüncü "hadisə" olsa da, onun heç bir ərindən uşağı olmayıb”.

Kürəkənimə uşaq kimi yalvardım...

“Axşam atam evə gec gəlirdi. O, dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq.

Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü”, - deyir balaca Hüseyn.

Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutur. Baş verənlərə dəfələrlə şahidlik edir, şəkil çəkir, hüquq-mühafizə orqanlarına müraciət edir, amma cavab ürəkaçan olmur:

"Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma həkimlər bu əməliyyat üçün bizdən 170 min manat istədilər. Türkiyədəki xəstəxanalarla əlaqə saxladıq. Onlar 120 min istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O, dünyasını dəyişdi... Biri bir yaş yeddi aylıq, digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda, Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Kürəkənimə uşaq kimi yalvardım ki, bu körpələri incitməsin, amma xeyri olmadı. O, qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncə edib. Qolunu sındırıblar uşağın. Bunu polis bilməsin deyə, ara həkiminə müraciət ediblər. O da əlli manat alıb müalicə edib. Yazıq yetimləri boğazından və ayağından asıblar. Dağ çəkiblər. Belində siqaret söndürüblər. Barmağını qaynar suya salıblar”.

Əlimi isti çaydana salıb yandırdı

“Nuranənin qaqamı ayağından asdığını atama dedim. Atam da məni məftillə boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qaqamın əli şişmişdi. Mən Nuranəyə qaqamın əlini göstərəndə o, əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynələdi”, - deyir.

“Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki, qardaşıma çörək versin. O bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyuq su səpib çölə çıxardı. Qapını da bağladı..”, - deyir balaca Hüseyn.

Elgün Gəncimsoy deyir ki, vəziyyətdən xəbər tutar-tumaz dərhal ailənin ünvanına yollanıb:

"Bizi evdə görən hər iki körpə babaları Qulu kişinin ayaqlarına sarmaşdılar. Yetimlər elə zənn etdilər ki, biz onları babasından alıb işgəncə gördükləri ata evinə aparacağıq. Çox çətinliklə könüllərini aldıq balaca "qəhrəmanların"... Ailənin tək ümidi Azərbaycan ədliyyəsinin mərhəmətinə sığınmağa qalıb. Yalnız onların - Sabunçu rayon məhkəməsinin qərarı ilə uşaq atalarından alınıb babalarının himayəsinə verilə bilər. Məhkəmə iclasının vaxtı isə hələ məlum deyil".

Baxşəliyevin verilişinə üz tutduq...

Babaları Qulu kişi deyir ki, məsələ ilə bağlı TV-yə üz tutublar:

"Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının verilişinə getdik. Ongünlərlə qapıda qaldıq. Hər ikisində bizdən pul istədilər. Sonuncu dəfə Xoşqədəmin verilişinə çıxmaq üçün qızımdan 600 manat istədilər. Pulumuz olmadığı üçün verə bilmədik. Mən dövlətimizin qanunlarına və onun rəhbərinə güvənirəm. Bu körpələri işgəncədən xilas etsinlər. Onların bizdən başqa heç kimi yoxdur”.

Tarix
2019.12.08 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla