Yuxarı

Azərbaycanda ilk: bəraət aldı, indi də pul tələb edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ilk: bəraət aldı, indi də pul tələb edir

İlk dəfədir ki, Azərbaycanda məhkəmə tərəfindən bəraət almış şəxs hökumətlə kompensasiya davası açır.

Vəkil Ceyhun Osmanlı Azadlıq radiosuna bildirib ki, müvəkkili Bayram Niyazov narkotik ittihamı ilə 18 ay həbsdə saxlanılandan sonra Gəncə Şəhər Məhkəməsi tərəfindən barəsində bəraət hökmü çıxarılıb.

Azadlığa çıxan keçmiş məhbus həbsdə saxlandığı müddətə görə Daxili İşlər Nazirliyinə, Nəqliyyatda Baş Polis İdarəsinə və Maliyyə Nazirliyinə qarşı iddia qaldırıb. Fevralın 4-də 1 saylı İnzibati İqtisad Məhkəməsi tərəfindən iddiaya baxılıb və təmin olunmayıb. Vəkil isə prosesi davam etdircəyini deyir: "Adamı 18 ay Gəncə istintaq təcridxanasında saxlayıblar. İrəli sürdükləri narkotik ittihamını sübuta yetirə bilməyiblər. Adam da azad olunandan sonra öz haqqını tələb edir. 1 saylı İnzibati İqtisad Məhkəməsi bəhanə gətirdi ki, guya bu iddiaya həmin məhkəmədə baxıla bilməz. Biz isə kompensasiya tələbimizi davam edəcəyik".

Bayram Niyazov 12.200 manat maddi, 50.000 manat mənəvi - cəmi 62.200 manat kompensasiya tələb edir.

Bayram Niyazova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdü ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi və Gəncə stansiyası xətt polis şöbəsinin əməkdaşları ondan 3 kiloqram narkotik götürüb. Lakin Gəncə şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında ittiham sübuta yetirilməyib:

Vəkil: "Məhkəmədə araşdırıldı ki, Bayram Niyazov uşaqlıqdan xəstə olub. Nizami və Kəpəz rayon məhkəmələrinə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə sorğular verdim. Məlum oldu ki, onun üzünə dayanan "hal şahidləri" həmin məhkəmələrdə eyni motivli çoxsaylı işlərdə də hal şahidi kimi dindiriliblər. 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində hal şahidi olublar. Bir sözlə, ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar. Ekspertiza rəyindən məlum oldu ki, Bayram Niyazovda tapılan narkotik vasitənin tərkibi o adamların hal şahidliyi ilə digər axtarışlar zamanı aşkar edilmiş narkotik vasitələrin tərkibi ilə eynidir".

Bütün bunlarla bağlı vəkil topladığı materialları məhkəməyə təqdim edib və müdafiə etdiyi Bayram Niyazovun dəmir barmaqlıqlardan xilas olmasına nail olub.

30 yaşlı Bayram Niyazov Gürcüstan vətəndaşıdır.

Tarix
2015.02.05 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla