Yuxarı

Dərbəndin iki min illik yubileyi təxirə salınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərbəndin iki min illik yubileyi təxirə salınır

Dərbənd şəhərinin sentyabrın 15-də nəzərdə tutulan iki min illik yubileyi təxirə salına bilər.

Publika.az-n əldə etdiyi məlumata görə, buna səbəb hazırda Rusiyanın düşdüyü iqtisadi böhrandır.

Dərbəndin azərbaycanlı icması yubileyə hazırlığın aşağı səviyyədə olduğunu bildirir. Belə ki, yubiley tədbirinə yeddi ay vaxt qalmasına baxmayaraq, hazırlıq prosesi çox ləng gedir.

Bu günlərdə Dağıstana üç günlük səfər edən Rusiya prezidentinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikov da bu barədə danışıb. O, hazırlıq işlərindən narazılığını bildirib.

S. Melikovun səfərində diqqət çəkən məqamsa, şəhərdə kafelərin, restoranların üzərindən, eləcə də reklam tablolarından xarici sözlərin çıxarılması ilə bağlı verdiyi tapşırıqdır.

"Latın hərflərindən başqa hərf yoxdur? İndiki şəraitdə bütün pisliklər Qərbdən gəlir" – deyə Melikov səfəri zamanı bildirib.

Melikovun Dağıstanın futbol klubu "Anji"nin adının sırf latın hərfləri ilə yazıldığı üçün dəyişdirilməsi təklifi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, 95 yaşlı "Dərbənd" qəzeti latın əlifbasına keçmək istəsə də Dağıstan rəhbərliyi buna icazə vermir.

S. Melikovla görüşdə Dərbənd Şəhər Məclisinin sədri İmam Yarəliyev Azərbaycandan şikayətlənib. Buna səbəbsə şəhərin Heydər Əliyev prospektində aparılan təmir işləri ilə bağlıdır.

Yarəliyev Melikova indiyə qədər təmir işlərinə 54 milyon rubl pul xərclədiklərini, lakin Azərbaycan tərəfinin bu pulu ödəmədiyini bildirib.
Melikov isə məsələni Azərbaycan tərəfi ilə müzakirə edəcəyini deyib.

Melikov Dərbəndin yubileyinə hazırlıq işləri ilə maraqlanıb. Lakin ehtimallara görə, yubiley təxirə salınacaq.

Xatırladaq ki, bir müddət öncə Dağıstanda avar və ləzgi klanlarının Dərbənd şəhərinin yubileyinin keçirilməsinə qarşı olduğuna dair məlumatlar yayılmışdı.

Ehtimallara görə, Dərbənd Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı, milliyətcə azərbaycanlı Qurban Qurbanovun postundan uzaqlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunmasının arxasında dayanan səbəblərdən biri də məhz yubiley olub. Məqsəd şəhərin Azərbaycana bağlılığını qopartmaqdır. Avar və ləzgi klanları keçiriləcək tədbirdə Dərbəndin Azərbaycana aid şəhər olması haqda heç bir fikrin səslənməsini istəmir. Q. Qurbanov yubileyə qədər vəzifəsində qalsaydı rayon icra hakimiyyəti kimi tədbirdə iştirak edəcək və Dərbəndin tarixi Azərbaycan torpağı olduğunu mütləq dilə gətirəcəkdi. Buna görə də onu postundan uzaqlaşdırdılar.

İndi isə şəhərin iki minillik yubileyinin təxirə salınması gündəmə gətirilir.

Tarix
2015.02.06 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla