Yuxarı

“Şahdağ”da xizək mövsümünə start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şahdağ”da xizək mövsümünə start verildi

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

Axar.az xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Mətbuat konfransında mərkəzin rəhbəri Rodderich Lefflerin "Şahdağ" Turizm Mərkəzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu il "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayında ötən illə müqayisədə 5 faizədək artımın olması gözlənilir. Qeyd edib ki, qonaqların təhlükəsizliyi də mərkəzin prioritet məsələlərindəndir. “Mövsümün açılışına hazırlıqla bağlı komanda intensiv təlimlər keçib. Kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinikamız var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Onu da qeyd edim ki, qonaqlarımız kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir” - deyə Rodderich Lefflerin bildirib.

Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Gülnar Mustafayeva turizmin inkişafı ilə əlaqədar görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Tarix
2019.12.14 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla