Yuxarı

Hamıya məlumdur ki, ev sahibi komandalar... - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamıya məlumdur ki, ev sahibi komandalar... - Dambrauskas

"Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 14-də Uelsin TNS klubu ilə cavab matçına çıxacaq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"İlk növbədə qeyd etmək istəyirəm ki, burada olduğumuz üçün çox xoşbəxtik. Həm futbolçular, həm də məşqçilər heyəti sabahkı oyunu böyük həyəcanla gözləyir.

Düzdür, cavab qarşılaşmasını səfərdə, İngiltərədə keçirəcəyik. İlk oyundan fərqli olaraq sabah daha yüksək konsentrasiya ilə çıxış etməliyik. Bilirik ki, rəqib doğma meydanda oynayacaq və burada yaradılacaq atmosferin fərqindəyik. Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən 20-25 faiz daha yaxşı çıxış edirlər.

Buna görə də arxayınlaşa bilmərik. İlk oyunda üstünlük qazanmağımıza baxmayaraq düşünməməliyik ki, artıq hər şey həll olunub. Əksinə, sabah da əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalı və daha güclü komanda olduğumuzu bir daha sübut etməliyik.

Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib. Çox rahat və uğurlu səfər etdik, hətta uyğunlaşmaq üçün adət etdiyimizdən bir gün əvvəl bura gəldik. Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə Stiv Solvet düşərgəmizdə deyil. Sabah meydanda ən yaxşı oyunumuzu göstərməli və keyfiyyətimizi bir daha nümayiş etdirməliyik".

Tarix
2026.07.14 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla