Yuxarı

AQTA-dan vətəndaşlara çağırış - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA-dan vətəndaşlara çağırış - Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən etibarən qida təhlükəsizliyinin təmin olunması prosesində istehlakçıların iştirakına xüsusi diqqət yetirir.

AQTA-dan Axar.az-a bildirilib ki, həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı vətəndaşlardan daxil olan bu məlumatlar xüsusi əhəmiyyət kəsb edir.

Agentliyin 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət və şikayətlərin hər biri diqqət mərkəzində saxlanılır və operativ şəkildə icrası təmin olunur. Unutmaq olmaz ki, qida zəncirinin istənilən mərhələsində hər hansı qanunsuz fəaliyyətlə məşğul olan sahibkar birbaşa özü məsuliyyət daşıyır. Bu sahədə ictimai nəzarətin və ictimai qınağın daha da gücləndirilməsi üçün hər bir istehlakçının prosesdə iştirakı vacibdir.

Agentlik bir daha vətəndaşlardan qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları neqativ hallara biganə qalmamağı və bu sahədə qanunsuz fəaliyyətlə üzləşdikdə AQTA-nın 1003 - Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.

Tarix
2019.12.20 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla