Yuxarı

Bilik Fondu Xocavənddə görüş keçirdi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları fevralın 7-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının dəvəti ilə Xocavənd rayonunda səfərdə olublar.

Bu haqda Axar.az-a Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.

Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə və aparıcı məsləhətçisi Rauf Həsənov Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər. Görüşdə Bilik Fondu ilə Xocavənd rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Xocavənd rayon Mədəniyyət Mərkəzində Fondun əməkdaşlarının yerli ictimaiyyət nümayəndələri ilə də görüşü keçirilib. R.Məmmədzadə Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verib, rayon gəncləri və ziyalılarını, xüsusən təhsil işçilərini Fondla əməkdaşlığa çağırıb. R.Məmmədzadə Xocavənd rayon İcra Hakimiyyəti ilə Bilik Fondu arasında Memorandum imzalanması təklifini də irəli sürüb. Təklif həm icra başçısı E.Hüseynov, həm də rayon sakinləri tərəfindən müsbət qarşılanıb.

Bilik Fondunun nümayəndələri ""Kitabi-Dədə Qorqud" və Fridrix fon Dits – 200"" proqramı çərçivəsində 2015-ci il boyu keçiriləcək tədbirlərlə bağlı Xocavənd rayonunun Qaraca çobanın məzarının olduğu güman edilən Nərgiztəpə ərazisində də olublar. İcra başçısı tarixi ərazi barədə qonaqlara ətraflı məlumat verib.

Tarix
2015.02.09 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla