Yuxarı

Corctaun jurnalında Azərbaycanla bağlı - Məqalə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Corctaun jurnalında Azərbaycanla bağlı - Məqalə

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Corctaun beynəlxalq məsələlər jurnalı”nda “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi dərc olunub.

Mərkəzdən Axar.az-a bildiriblər ki, məqalədə Azərbaycanın 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə həyata keçirdiyi irimiqyaslı enerji layihələrinin əhəmiyyətindən bəhs edilir. Məqalədə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi kimi meqalayihənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanır. Bununla yanaşı, yazıda hazırda Azərbaycanın energetika sektorunda gedən islahatlara toxunulur, bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji istehlak balansındakı payının artırılması istiqamətində görülən işlərdən bəhs edilir. Qeyd olunur ki, ölkədə hazırda bu istiqamətdə köklü işlər görülür, o cümlədən müvafiq qanunvericilik bazası hazırlanır.

Həmçinin ölkədə bərpa olunan enerji – xüsusən də külək və günəş enerjisinin istifadəsi istiqamətində layihələrin həyata keçirilməsi üçün uyğun biznes tərəfdaşlarının cəlb edilməsi məqsədilə 2020-ci ildə hərracların keçirilməsi də nəzərdə tutulub. “Əsas hədəf kimi, Azərbaycan Energetika Nazirliyi 2030-cu ilədək ölkənin bərpa olunan enerji ehtiyatlarının həcmini ölkənin ümumi enerji balansında 30 faizədək artırmağı nəzərdə tutur. Hazırda bu rəqəm su elektrik stansiyaları da daxil olmaqla 17-18 faiz təşkil edir”,- deyə müəllif vurğulayır.

Bundan əlavə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamına toxunulur, bu Sərəncamın bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsi üçün önəmli bir addım olduğu vurğulanır.

Tarix
2019.12.26 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla