Yuxarı

Polisdən sürücülərə növbəti xəbərdarlıq: 40 manat cərimə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən sürücülərə növbəti xəbərdarlıq: 40 manat cərimə...

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

BDYPİ-nin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev Axar.az-a bildirib ki, son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilib. Onun sözlərinə görə, qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranır və bu səbəbdən sürücülərin avtomobillərini, o cümlədən onların dövlət qeydiyyat nişanlarını təmiz saxlamaması müşahidə olunur.

R.Quliyev deyib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir: "Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir".

Polkovnik-leytenant qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından sürücülər avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:

"Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaması, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndiriməsi yolverilməzdir".

Şöbə rəisi əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Tarix
2020.01.06 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla