Yuxarı

Dövlət qurumları turistlər üçün iclas keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qurumları turistlər üçün iclas keçirdi

Azərbaycana gələcək turistlərin daha rahat viza əldə edə bilməsi üçün 4 dövlət qurumu birgə iclas keçirib.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayevin, Xarici İşlər Nazirliyinin nümayəndəsi Elmar Qədimovun və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun iştirakı ilə elektron turist vizası sistemində akkreditasiyadan keçirilmiş 55 daxili turizmlə məşğul olan turizm şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini N. Səmədov turizm şirkətlərinin bu sistemə marağının getdikcə artdığını və artıq 55 şirkətin elektron turist vizası sisteminə qoşulduğunu vurğulayıb.

Bu viza sistemi tətbiq olunduqdan sonra Azərbaycana gəlmək üçün turistlər daha rahat şəkildə viza əldə edə bilirlər. Həmçinin, elektron turist vizasının daha da təkmilləşdirilməsi, istifadə qaydaları, gələcəkdə daha çox turizm şirkətlərinin bu sistemə qoşulması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, elektron turist vizası sistemi ölkəmizdə 2013-cü ilin aprel ayından tətbiq olunur.

Tarix
2015.02.12 / 18:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla