Yuxarı

Azərbaycan əhalisinin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan əhalisinin sayı açıqlandı

2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9%-ni təşkil edib.

Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür və hər 1000 kişiyə 1009 qadın düşür.

Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub. Belə ki, 2014-cü ildə ölkədə 170,5 min körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil edib. Doğulanların 53,6%-i oğlanlar, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 3 148-i əkiz, 60-ı isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

Tarix
2015.02.13 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla