Yuxarı

Azərbaycanda kənd təsərrüfatı malları bahalaşıb – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kənd təsərrüfatı malları bahalaşıb – Rəsmi

2015-ci ilin yanvarında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1 faiz, buğdanınki 0,3 faiz ucuzlaşıb. Xiyar 10,4, pomidor 1,1, baş kələm 0,4, quru ot 1,9, yonca 2,9, noxud dəni 0,7, lobya dəni 0,2, kartofun istehsalçı qiyməti isə 0,7 faiz bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1 faiz, naringinin 9,3 faiz, heyvanın 6,9 faiz, narın 2,9 faiz, limonun 1,0 faiz, alma və portağalın 0,4 faiz, qoz-fındığın istehsalçı qiyməti isə 3,4 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,8 faiz, qoyun və keçilərin yuyulmamış yununun 4,5 faiz, cavan camışların 1,0 faiz, təbii balın istehsalçı qiyməti 0,4 faiz bahalaşıb, quş ətinin (diri çəkidə) 0,7 faiz, diri qoyun və keçilərin 4,1 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5 faiz ucuzlaşıb.

Tarix
2015.02.13 / 13:22
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla