Yuxarı

Polis Nərminin qatilinin adını ailəsinə açıqladı - Təcili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Nərminin qatilinin adını ailəsinə açıqladı - Təcili

11:50

Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması barədə mediada yayılan məlumatın əsası yoxdur.

Bu barədə Quliyevlər ailəsindən Axar.az-a verilən məlumatda bildirilir. Ailədən bildirilib ki, onun qohumu olan İlkin adlı şəxs Nərminin anasının bibisi oğludur.

İlkin özü saytımıza açıqlamasında deyib ki, Nərminin bu adda yeganə qohumu odur:

“Mənim isə 36 yox, 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.

Nərminin əmisi Lətif Quliyev isə saytımıza bildirib ki, uşağın qatili olduğu deyilən İlkin qohumu yox, qonşusudur:

“Nərminin yanmış meyitini görən ilk şəxs qonşusu İlkindir. Hazırda o, istintaqa ifadə verir. Ancaq qatilin məhz o olması haqda bizdə heç bir məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Teleqraf.com-a açıqlamasında Nərmin Quliyevanın qatilinin saxlanılması haqda yayılan məlumatların doğru olmadığını deyib.

Qeyd edək ki, mətbuatda Nərmin Quliyevanın qatilinin onun qohumu - 36 yaşlı İlkin adlı şəxs olması və saxlanılması barədə məlumat yayılıb.

***

Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova saytımıza açıqlamasında qatilin qonşusu İlkin Süleymanov olduğunu deyib.

M.İsmayılova Axar.az-a açıqlamasında deyib ki, İlkin hazırda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb:

"İlkin özü etiraf edib ki, Nərmini mən qətlə yetirmişəm. İlkin ata-anası ilə yaşayır, psixoloji problemi var".

Qeyd edək ki, İlkin Süleymanov 50 yaşı var, hələ də ailə qurmayıb. Nərminin atası Şərif Quliyevin sinif yoldaşıdır.

***

Nərminin əmisi Lətif Quliyev Axar.az-a açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq qatilin İlkin Süleymanov olduğunu təsdiqləyib:

"Hüquq-mühafizə orqanı əməkdaşları İlkin Süleymanovun qatil olması barədə ailəni məlumatlandırıblar. Yəqin ki, bir azdan rəsmi elan olunacaq".

L.Quliyev bildirib ki, İ.Süleymanov ailəyə yaxın şəxs deyil, aralarında da heç bir münaqişə olmayıb:

"İlkin deyirdi ki, Nərminin meyitinin yandığını ilk o görüb və söndürən də özüdür. İndi məlum olur ki, əslində meyiti yandırırmış..."

Tarix
2020.01.10 / 15:58
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla