Yuxarı

Almanlar azərbaycanlı sahibkarlara kurs keçəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almanlar azərbaycanlı sahibkarlara kurs keçəcək

Yerli sahibkarlar və menecerlər Almaniyada 1 ay müddətində kurs keçəcəklər.

Axar.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyi bu məqsədlə müsabiqə elan edib.

Belə ki, "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" çərçivəsində müxtəlif ölkələrin sahibkarlarının daxil olduğu beynəlxalq qrupların tərkibində sahibkarların və menecerlərin Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kurslarında iştirakı təmin ediləcək.

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır. Müsabiqədə iştirak etmək istəyənlərin ali təhsili (bakalavr və ya magistr dərəcəsi) olmalı, menecment sahəsində azı 1 il iş təcrübəsi olmalı, yaşı 45-dən çox olmamalı, ingilis və ya rus dilini bilməlidir.

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci isə iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilməlidir.

Qeyd edək ki, müsabiqə 31 mart tarixində Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə keçiriləcək.

Əlavə məlumat: http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=3060:elan-13-02-2015-bbtm&catid=8:news&Itemid=263&lang=az

Tarix
2015.02.14 / 15:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla