Yuxarı

İH-dən Ağazadəyə cavab: Seçkiyə görə işi dayandıraq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Xətai rayonu ərazisində ciddi abadlıq-quruculuq işləri aparılır. 2019-cu ilin əvvəllərindən başlayan abadlıq işləri bu gün də davam etdirilir.

Axar.az xəbər verir ki, görülən və görüləcək işlərlə bağlı Azpolitika.az-a danışan Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ötən ildən etibarən rayonda xeyli işlər görüldüyünü və bundan sonra da eyni temp üzrə vətəndaşlara xidmətin davam edəcəyini bildirib:

“İlk növbədə işlər Naximov küçəsində yolboyu yaşıllıq zolağının bərpa edilməsi ilə başladı. Məlumat üçün bildirim ki, demək olar ki, sovet dönəmindən orada heç bir abadlıq işləri aparılmamışdı. Ötən ilin əvvəlində orada park salındı, uşaqlar üçün idman meydançası, uşaq əyləncə qurğular quraşdırıldı, şahmat meydanı tikildi və s. Eləcə də böyüklərin dincəlməsi üçün günlük, oturacaqlar quraşdırıldı, park müasir işıqlandırma sistemi ilə təchiz edildi. Binaların fasadları təmir olundu. Həmçinin, yeni ağaclar, dekorativ kollar əkildi ki, bunlara da hər gün tərəfimizdən nəzarət edilir. Sosial işə cəlb edilən insanları ayırırıq ki, bu ağaclara, bitkilərə aqro-texniki xidmət göstərsinlər.

Ötən ilin mart ayında Zığ yolu 9 ünvanında vaxtilə bərbad halda olan, bəzi sakinlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş yaşıllıq zolaqları hasarlardan, tikililərdən təmizləndi.

Burada da uşaqların və böyüklərin əylənməsi və istirahəti üçün tam şəraiti olan park yaradıldı, fəvvarə tikildi. Həmçinin, təəssüf ki, uzun müddət baxımsız qalmış torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə həsr edilmiş şəhidlər kompleksi əsaslı şəkildə yenidən bərpa edildi. Bir qisim adamlar tərəfindən qeyri-qanuni şəkildə zəbt edilmiş yaşıllıq zonalarındakı hasarlar sökülən zaman içəridə anti-sanitar vəziyyətin olduğunu müşahidə edirik. Baxırsan ki, bir binada 100 ailə yaşayır, ancaq yaşıllıqdan 10 adam yararlanır. Ona görə də binaların həyətində olan bu kimi yerlər sökülüb, yerində park salınır.

Bu, artıq bir ənənə halını alıb. Mehmandarov küçəsi də Azərbaycan Avtomobil Yolları Agentliyi tərəfindən əsaslaı təmir edildi, biz isə həmin küçə boyu abadlıq işləri apardıq. Hazırda rayonun 11 istiqamətində abadlıq işləri gedir. Küçələrdəki səkilər yenilənir, ərazi müasir şəhər formasına salınır. Bu gün Bakının mərkəzi ilə Xətainin heç bir fərqi görünmür. “İDEA” İctimai Birliyinin “Abad həyət” layihəsinə biz də qoşulmuşuq. Naximovdakı, Zığ yolu 9, M.Rüstəmov 12, Lütfi Zadə 10, İ.Zülfüqarov 109-111 saylı binaların həyətində və s. ərazilərdə salınan “Abad həyət”lər və parklar da həmin layihə çərçivəsində həyata keçirilib.

Baxımsız qalan həyətlər bu layihə çərçivəsində abadlaşdırılır. Bu layihəyə uyğun olan 30-a yaxın park salmışıq. Bu həyətlərin əksəriyyətinin açılış marasimlərində “İDEA” İctimai Birliyinin nümayəndələri, bir neçəsində isə Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyeva özü şəxsən iştirak edib. Bu “Abad həyət”lərin salınması zamanı basketbol, futbol meydançaları, velosiped zolaqları salınır, uşaqlar üçün əyləncə, idman qurğuları, böyüklər üçün günlüklər və s. qurulur. Eyni zamanda binaların fasadları təmir edilib, girişlərin qapıları, mənzillərin pəncərələri dəyişdirilir. Həyət müasir işıqlandırma sistemi ilə təchiz olunur. İndi həmin İ.Zülfüqarov küçəsində növbəti park salınır.

Oradakı kol-kosu təmizləmək üçün təxminən 1 aydan artıq zaman keçdi. Yəni ərazi bu qədər bərbad vəziyyətdə idi. Bütün yayı orada təmizlik işləri aparmışıq və 10 günə yaxındır ki, ərazidə park salınır. Bundan başqa, Cavanşir küçəsini misal çəkmək istəyirəm. İllər idi orada baxımsız qalmış, yenə də bir qrup insanlar tərəfindən qanunsuz hasarlanmış, yöndəmsiz tikililər aparılmış ərazi təmizləndi, abadlaşdırıldı, xeyli ağac əkildi, gəzinti zolaqları salındı, oturacaqlar qoyuldu və işıqlandırma ilə təchiz edildi. İndi həmin ərazi ətrafda yaşayan sakinlərin ən sevimli yerlərindən biridir. Səmimi deyəcəm: hər yeni başçı təyinatından sonra cəhd edilmişdir, lakin işlər yarımçıq qalırdı. Ora elə bir bərbad vəziyyətdə idi ki, başlayan iş axıra çatdırmaq mümkün deyildi. Ancaq icra başçısı Rafiq Quliyev bunun öhdəsindən gəldi. Onu da qeyd edim ki, həmin əraziyə yaxın məsafələrdə məktəb və uşaq bağçaları yerləşir”.

P.İmanov bildirib ki, insanların bir zamanlar inanmadıqları layihələr artıq gerçək olmağa başlayıb.

Xətai RİH-in şöbə müdiri bir məsələyə də toxunub:

“Xətai 35 saylı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd İqbal Ağazadə bizi əsassız yerə suçlayıb. Gördüyümüz işlər seçkidən 1 il öncə başlayıb və indi də davam edir, bundan sonra da davam edəcək. Biz dairələrə baxmırıq, işimizi görürük. Belə çıxır ki, seçki ərəfəsidir deyə, gördüyümüz işləri dayandıraq? Bu nə məntiqdir?! Əvvəla, heç bir deputatlığa namizəd və ya deputat küçələrin asfaltlanmasını, park tikintisini icra etmir. Bu, icra hakimiyyətlərinin, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin işidir. Bunu vətəndaş da çox yaxşı bilir ki, bu işləri məhz icra hakimiyyəti və digər əlaqədar təşkilatlar görür. Biz, əvvəlcədən tərtib etdiyimiz Tədbirlər Planına uyğun olaraq işlərimizi görürük. Həmçinin, sakinlər tərəfindən daxil olan şikayətlərə dərhal reaksiya veririk, problemin həllinə çalışırıq.

Hər həftənin 5-ci günü başçının səyyar qəbulu həyata keçirilir. Bu görüşlərdə icra başçısı hər zaman bildirir ki, problemli yerləri bizə yazın, gəlib məlumat verin. Çünki rayonun ərazisi çox böyükdür və hər yerdəki problemi biz özümüz görməyə bilərik. Ona görə də vətəndaşlardan gələn şikayətlər, mətbuatda verilən məlumatlar bizim üçün çox önəmlidir. Bu məlumatları oxuyub, problemin həlli ilə məşğul oluruq. Gəncə prospekti 75-77 və 79, N.Tusi küçəsi 9, 11, 19 ünvanlarda, Sadıqcan küçəsin 4, Çingizxan Kərimov 4 ünvanlarda abadlıq işləri davam edir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcək".

Pənah İmanov bildirib ki, heç bir çağırışa baxmayaraq, dövlət başçısının tapşırığı əsasında vətəndaşlara göstərdikləri xidməti dayandırmayacaqlar: “Biz bunu deputatlığa namizədlər üçün deyil, vətəndaş üçün edirik. Seçkinin abadlıq işlərinə heç bir aidiyyəti yoxdur. Seçki ilə bağlı biz yalnız qanunla üzərimizə düşən işləri icra edirik. Yəni seçici siyahılarının dəqiqləşdirilməsi, təbliğat-təşviqat işləri üçün yerlərin ayrılması və digər texniki məsələlərin həlli ilə bağlı öhdəmizə düşən vəzifələri yerinə yetiririk. Kim namizəddir, kim kimlə hansı formada mübarizə aparır, bu, bizə aid olan məsələ deyil. Mən “Yeni Müsavat”a da müsahibə vermişəm, digər sayt və qəzetlərə də. İstənilən jurnalistin qaldırdığı məsələyə baxıb yerində araşdırırıq. Bu, bizim işimizdir. Naximov küçəsi 6 ünvanı ilə əlaqədar isə bildirirəm ki, təxminən iki ay öncə icra başçısı özü şəxsən həmin həyətdə olmuş, sakinlərlə görüşmüş və söz vermişdi ki, 2020-ci ilin əvvəlində onların həyətində abadlıq işlərinə başlanacaq. Təsadüf elə gətirdi ki, bu ərəfədə “Yeni Müsavat” qəzeti də bu barədə məsələ qaldırdı. Bir sözlə, biz öz işimizi görürük. Problemin qaldırılması isə müxtəlif ola bilər. O problemi özümüz də görə bilərik, vətəndaş müraciəti də ola bilər və yaxud da hər hansı KİV tərəfindən də təqdim oluna bilər. Məqsəd isə qaldırılmış problemin nəticə etibarilə həll olunmasına nail olmaqdır. Ona görə də bir daha bəyan edirik ki, cənab Prezidentin tapşırığı əsasında bu işlər bundan sonra da davam etdiriləcək, daha da genişləndiriləcək. Biz öz işimizi görürük, bütün namizədlərə isə uğurlar arzulayırıq”.

Tarix
2020.01.15 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla