Yuxarı

Rusiyaya sərt sanksiyalar: Tramp layihəni imzaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya sərt sanksiyalar: Tramp layihəni imzaladı

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.

Axar.az xəbər verir ki, sənəd mərhum senator Lindsi Qrehemin adını daşıyır və “2026-cı il Lindsi O.Qrehemin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.

Bildirilib ki, sanksiyalar əsasən Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, eləcə də bank və enerji sektorundakı şirkətlərə, həmçinin Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı nəzərdə tutulur.

Bundan başqa, sənəddə Rusiya nefti və qazının alıcılarına qarşı sanksiyaların tətbiqi imkanları da yer alır.

Qanun ABŞ prezidentinə Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-dək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rusiyadan ABŞ-a ixrac olunan məhsullara isə 500%-dək rüsum tətbiq edilə bilər.

Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-sında ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. 159 konqresmen sənədin əleyhinə səs verib. Senat isə qanun layihəsini avqust ayında təsdiqləyib.

Tarix
2026.09.19 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla