Yuxarı

Putin güzəştlərlə bağlı qeydi vərəqə yazdı, Uitkoff isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin güzəştlərlə bağlı qeydi vərəqə yazdı, Uitkoff isə...

Kiyev və Moskva ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun sülh danışıqlarına yanaşmasından və ümumilikdə bu danışıqların gedişatından məyusdurlar. Lakin Donald Tramp hələ də çoxdankı müttəfiqini danışıqlar prosesindən kənarlaşdırmağa hazır deyil.

Axar.az xəbər verir ki, bu barədə “Kiyev İndependent” danışıqların gedişatından xəbərdar olan şəxslərə istinadən yazıb.

“Sentyabrın əvvəlində Uitkoff və Trampın kürəkəni Cared Kuşner danışıqları yenidən bərpa etmək məqsədilə Rusiyaya və Ukraynaya səfər ediblər. Danışıqlar faktiki olaraq dalana dirənmişdi. Bu səfərlərdən sonra nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Paralel olaraq, Uitkoffun danışıqlar prosesindən kənarlaşdırılmasına yönəlmiş bir neçə təşəbbüs də formalaşmağa başlayıb.

Danışıqlarda iştirak edən ukraynalı rəsmilər bildirirlər ki, Vaşinqton az sayda yeni ideya təklif edir və Moskva üzərində təzyiqi artırmağa hazır olduğunu nümayiş etdirmir. Ukraynalı nümayəndələrdən biri Kiyevin müharibəni mümkün qədər tez başa çatdırmaqla bağlı Amerikanın çağırışlarına münasibətini emosional şəkildə ifadə edib”, - nəşr bildirib.

Nəşrin yazdığına görə, Kiyevdə Uitkoffa qarşı narazılıq onun fəaliyyətinin ilk mərhələlərində yaranıb. Ukraynalı rəsmilər onun müharibəni nə dərəcədə başa düşdüyünü və diplomatiyaya yanaşmasını şübhə altına alıblar. Uitkoffun Vladimir Putinlə münasibəti də əlavə suallar doğurub:

“Uitkoff Rusiya prezidenti ilə ən azı yeddi dəfə görüşüb. O, bu ayın əvvəlində bildirib ki, karyerasını başa vurduqdan sonra Kremldə keçirilən görüşləri həyatının ən gözəl və unudulmaz anlarından bəziləri kimi xatırlayacaq.

Gərginliyin digər səbəblərindən biri isə “3+2” formulu adlanan məsələ olub. Putin 2025-ci ilin aprelində keçirilən görüş zamanı müzakirə olunan ərazi güzəştləri ilə bağlı bu qeydi bir vərəq üzərində yazıb. Uitkoff həmin vərəqi özü ilə Vaşinqtona aparıb.

Daha sonra Uitkoff açıq şəkildə “beş ərazi” ilə bağlı mümkün razılaşmadan danışıb. Söhbət Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş hissələrindən, eləcə də Krımdan gedirdi”.

Tarix
2026.09.19 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla