Yuxarı

Fond müsabiqə elan etdi – 258 yerə 521 müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond müsabiqə elan etdi – 258 yerə 521 müraciət

Dövlət Sosial Müdafiə Fondu sisteminə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul prosesi davam edir.

Fonddan Axar.az-a verilən məlumata görə, 17 oktyabr 2014-cü il tarixdə elan edilmiş DSMF üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 258 yer üçün 521 nəfər ərizə ilə müraciət edib. Həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 156 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, ölkə üzrə dövlət qulluqçularının 10 faizi DSMF-da çalışır və onların arasında gənclər üstünlük təşkil edir. DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir.

Xatırladaq ki, 2007-2014-cü illər ərzində Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 3229 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Tarix
2015.02.16 / 10:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla