Yuxarı

Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir

20 Yanvar - Ümumxalq Hüzn Günü daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimidə xidmət aparacaq.

Şəhidlər xiyabanına ziyarətə gələn vətəndaşlarımızın sərbəst və maneəsiz hərəkət etmələri, respublika ərazisində 20 Yanvar faciəsi ilə əlaqədar keçiriləcək tədbirlər və mərasimlər zamanı, eləcə də Bakı Metropoliteninin stansiyalarında təhlükəsizliyin təmin olunması üçün polis əməkdaşları qüvvələrini səfərbər edəcəklər.

Həmin gün tıxacların yaranması ehtimal olunan ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görüləcək.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən səs siqnallarının verilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Tarix
2020.01.18 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla