Yuxarı

Təhsil 6 ildə bu səviyyəyə düşüb - Statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhsil 6 ildə bu səviyyəyə düşüb - Statistika

2014-cü ildə ali təhslin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı ölkə üzrə orta hesabla 67 faizə çatıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Rövşən Ağayev çıxış edib. Ekpertin sözlərinə görə, 2008-ci ildən bu yana universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb:

"2014-cü ildə ali təhslin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı ölkə üzrə orta hesabla 67%-ə çatıb. 2008-ci ildə isə bu göstərici 59% olub. Hətta ayrı-ayrı rayonlar üzrə bu göstərici daha yüksəkdir. Məsələn, ali məktəblərə qəbul olanların Qubada 77%-i , Şamaxıda 76%-i, Xızıda 79%-i, Daşkəsəndə 83%-i ödənişli ixtisaslara daxil olublar.

2008-ci ili müqayisə bazası kimi seçməyimin səbəbi var. 2003-2008-ci illərdə ayrı-ayrı universitetlərə qəbul üzrə abituryentlərin orta balı artan templə gedib və 2008-də ən yüksək səviyyə çatıb. 2008-2014-cü illərdə isə universitetlərə qəbulda orta bal göstəricisi sürətlə aşağı düşüb".

Ekspert sözlərinə görə, 2014-cü ildə universitetlərə qəbulda son illərin ən aşağı göstəricisi qeydə alınıb:

"Qəbul üzrə orta bal Bakı Dövlət Universitetində 2008-ci ildə 488.4, 2014-cü ildə 426.8 olub.

İqtisad Universitetində 2008-də 449.4, 2014-də 390.6 olub.
Slavyan Universitetində 2008-də 455.7, 2014-də 350.9 olub.
Sumqayıt Dövlət Universitetində 2008-də 391.4, 2014-də 275.9 olub.
Gəncə Dövlət Universitetində 2008-də 407.9, 2014-də 322.8 olub".

Tarix
2015.02.16 / 13:16
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla