Yuxarı

Təyyarələr Gəncə hava limanına enə bilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarələr Gəncə hava limanına enə bilmir

Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq Gəncə şəhərinə olan uçuşların vaxtı dəyişib.

Bu barədə Publika.az-a "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

M.Səfərli bildirib ki, Gəncə hava limanından verilən məlumata əsasən, təyyarələr enə bilmir.

"Hava şəraiti ilə əlaqədar olaraq 09:55-ə olan reys 12:00-a qədər təxirə salınıb. Hava şəraiti normal olarsa, həmin istiqamətdə uçuşlar 12:00-da həyata keçiriləcək. Lakin digər istiqamətlərə olan uçuşların vaxtında hər hansı dəyişiklik yoxdur".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi ilə bağlı məlumat yayıb. Məlumata əsasən, şimal küləyi güclənəcək, fasilələrlə yağıntı olacaq, sulu qar, qar yağacaq.

Tarix
2015.02.17 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla