Bakıda 5-ci mərtəbədən yığılaraq ağır xəsarət alan
qadının vəziyyəti ağırdır.
Axar.az-ın məlumatına görə, ağır yaralanan Lalə Bayramova
Sabunçudakı 3 saylı xəstəxanadan çıxarılaraq, Mərkəzi Neftçilər
Xəstəxanasına yerləşdirilib. Onun ağır xəsarətlər aldığı
bildirilir.
Qeyd edək ki, bədbəxt hadisə Qara Qarayev prospekti ilə Babək
prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul
qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya
yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri
gəlib. O, bir müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və
onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb.
Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Amma onurğa sütunu
da daxil olmaqla, çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya
çatdırılıb.