Yuxarı

İki şəhid övladı bir dairədə “savaşır”: kimdir onlar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki şəhid övladı bir dairədə “savaşır”: kimdir onlar?

95 saylı Tərtər seçki dairəsindən namizədlər arasında ikisi daha çox diqqəti cəlb edir.

Axar.az xəbər verir ki, onlardan biri Tamilla Famil qızı Qulami, digəri isə Ziya Mehrac oğlu Mahmudovdur.

Tamilla Famil qızı Qulami 1 oktyabr 1983-cü ildə anadan olub. 1991-1996-cı illərdə Tərtər şəhər 6 saylı, 1996-2001-ci illər Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbdə təhsil alıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. “Münaqişə zonalarında təcavüzə uğramış maddi-mədəni abidələrin qorunmasında Beynəlxalq Konvensiyaların icra prinsipləri” mövzusunda magistr dissertasiyasını müdafiə edib.

2008-2017-ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb. 2010-2014-cü illərdə Güney Azərbaycan Televiziyasında “Günün səsi” xəbərlər informasiya buraxılışının aparıcısı olub.

2013-cü ildə siyasi fəaliyyətə başlamış, Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavinidir.

2014-cü il 23 dekabrda keçirilən bələdiyyə seçkilərində Ümid Partiyasının üzvü kimi işirak edib və Binəqədi bələdiyyəsinin üzvü olub.

Atası Famil Qulami Tərtər Könüllülərinin Özünümüdafiə Batalyonunda minaatan tağımın komandiri olub. 9 iyun 1992-ci ildə Torpaqtəpə əməliyyatında şəhid olub. Tərtər şəhərində küçələrdən biri Famil Qulaminin adını daşıyır.

Ziya Mehrac oglu Mahmudov 31 may 1985-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 1999-cu ildə Türkiyə Hərbi Dəniz Liseyinə qəbul olunub, ancaq 2004-cü ildə ailə vəziyyətiylə əlaqədar təhsilini yarımçıq buraxıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel savaşında mülkü şəxs kimi fəaliyətinə görə “Vətən naminə” medalı ilə təltif edilib.

Rayonda aktivliyi ilə fərqlənir. Hazırkı deputatdan narazıdır və onun görüşünə qatılaraq, əleyhinə ciddi ittihamlar səsləndirib və nə qədər maraqlı olsa da, rəqibinin görüşünə gələnlər Z.Mahmudovu alqışlamaqla, ona dəstək verib.

Z.Mahmudov şəhid Mehrac Mahmudovun oğludur. M.Mahmudov əvvəlcə Tərtər özünümüdafiə batalyonunda tağım komandiri olub, daha sonra isə 190 saylı hərbi hissənin tərkibində Ağdam bölgəsində gedən döyüşlərdə iştirak edib.

23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Tarix
2020.01.23 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla