Yuxarı

Fond bu kənddə yeni məktəb tikdirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond bu kənddə yeni məktəb tikdirdi - Foto

Yanvarın 25-də Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub.

Axar.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndələri, rayon icra hakimiyyətinin rəhbərliyi, Təhsil Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilib. Birmərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğundan yeni məktəb binasının tikintisi zərurəti yaranmışdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2019-cu ildə 180 şagird yerlik ikimərtəbəli binanın tikintisi həyata keçirilib.

Məktəbdə 14 sinif otağı ilə yanaşı laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalı, yeməkxana var.

Binada istilik sistemi qurulub, məktəb inventar və texniki vasitələrlə təchiz edilib.

1084 nəfər əhalisi olan Ərəbqardaşbəyli kəndindəki yeni məktəbdə hazırda 117 şagird təhsil alır.

Qeyd edək ki, bu gün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.


Təhsilin inkişafına göstərilən diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Təkcə ötən il ölkə ərazisində 84 məktəb binası tikilib və ya təmir edilib.

Tarix
2020.01.25 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla