Yuxarı

Akademiklərə bizneslə məşğul olmaq hüququ verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademiklərə bizneslə məşğul olmaq hüququ verildi

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) yeni bir hüquq verilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Elm haqqında" yeni qanun layihəsinə əsasən, Akademiya elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququna malik olacaq. Bu qurum Azərbaycan qanunvericiliynə və öz nizamnaməsinə uyğun fəaliyyət göstərir.

Layihədə qeyd edilir ki, elmi və elmi-texniki fəaliyyətin maliiyyələşdirilməsi çox mənbəli olmaqla dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr, eləcə də Azərbaycanın qanunvericliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Elmi müəssisə və təşkilatların Azərbaycana elmi tədqiqatlar aparmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən tam və ya qısmən azad edilə bilər, yaxud güzəştli şərtlər tətbiqi olunmaqla rəsmiləşdiriləcək.

Layihədə qeyd edilir ki, dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirməyə açıq elan oluna bilər. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisin fevralın 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2015.02.18 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla