Yuxarı

Qrehemin yerinə bacısı senator təyin edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qrehemin yerinə bacısı senator təyin edildi

ABŞ-ın Cənubi Karolina ştatından senator seçilən Lindsi Qrehemin bacısı Darlin Qrehem Nordon Senata müvəqqəti üzv təyin edilib.

Axar.az xəbər verir ki, təyinat həftəsonu vəfat edən senatorun boş qalan yerini doldurmaq məqsədi daşıyır. Nordon bu vəzifədə yanvar ayına qədər fəaliyyət göstərəcək.

Qərar Prezident Donald Trampın çağırışından qısa müddət sonra verilib. Tramp “Truth” sosial platformasında Nordonu açıq şəkildə dəstəkləyib və bunu “hörmət” adlandırıb.

Darlin Nordon açıqlamasında qardaşı ilə bağlarının çox güclü olduğunu bildirib. O deyib ki, Lindsi həmişə mənim yanımda olub, indi də mən onun yanında olacağam.

Qrehem ailəsi çətin uşaqlıq dövrü keçirib. Anaları erkən yaşda vəfat edib, ataları isə iki il sonra dünyasını dəyişib. O zaman 22 yaşında olan Lindsi Qrehem 13 yaşlı bacısını övladlığa götürərək onu böyüdüb.

Qeyd edək ki, bu təyinat müvəqqəti xarakter daşıyır. Respublikaçılar 11 avqustda xüsusi praymeriz keçirəcəklər.

Noyabr seçkilərinin qalibi yanvar ayından etibarən Senatda altı illik müddətə fəaliyyət göstərəcək.

Tarix
2026.07.14 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla