Yuxarı

Bakıda polisi öldürən şəxslə bağlı yeni fakt: kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda polisi öldürən şəxslə bağlı yeni fakt: kimdir?

Dünən səhər saatlarında Heydər Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, 99 GZ 552 dövlət qeydiyyat nişanlı “Toyota Lənd Kruzer” markalı avtomobillə Koroğlu nəqliyyat qovşağından Mərdəkan istiqamətində hərəkətdə olarkən xidmət başında olan polis serjantı Məhərrəmov Natiq Müseyib oğlunu vurub öldürən sürücü Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Ömərov Firudin Ömər oğlu olub.

Belə ki, səkidə dayanan polisi vuran F.Ömərov uzun illər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışıb və Kadrlar Şöbəsinin rəis müavini olarkən vəzifəsindən uzaqlaşdırılaraq digər vəzifəyə keçirilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb və zəruri ekspertizalar təyin edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Tarix
2020.02.04 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla